İnfarktlar yaşından asılı olmayaraq bir çox insanın başına gələ bilər.

Mütəxəssislər insanlara infarkt riskini azalda biləcək 6 qidanın adını açıqlayıb.

Ürəyi qidalandıran damarlarda yağlı strukturda lövhənin əmələ gəlməsi infarkt keçirməyə səbəb olur.

Ürək infarktı sinə ağrısı və sinə içində narahatlıq əlamətləri ilə özünü göstərir. Düzgün qidalanmamaq, hərəkət və stress infarkta səbəb ola bilər.

Bəs, infarktın qarşısını alan qidalar hansılardır?

Qoz

Gündə bir ovuc qoz yemək ürək sağlamlığını qoruyur və xolesterinin səviyyəsini aşağı salır. Qoz ürək damarlarında iltihabın yaranmasının və bir çox xəstəliklərin də qarşısını alır.

Zeytun yağı

Zeytun yağı ürək sağlamlığı baxımından çox faydalıdır. Antioksidantlarla da zəngin olan zeytun yağı ürək-damar sağlamlığını qoruyur. Mütəxəssislər zeytun yağından salatlarda istifadə etməyi tövsiyə edirlər.

Qızıl balıq

Omeqa-3 ilə zəngin olan qızıl balıq infarktın qarşısını alan qidalar arasındadır. Qızıl balıq ürək ritminin və təzyiqi tənzimləyir. Həftədə 2 porsiya istehlak etmək tövsiyə olunur.

Portağal

Portağal pis xolesterolla mübarizə aparır və qan təzyiqini aşağı salır. Tərkibində kalium var. Gərginliyi aşağı salır. Mütəxəssislər gündə 1 stəkan portağal suyu içməyin ürək-damar sağlamlığı üçün faydalı olduğunu söyləyirlər.

Albalı

Antioksidantlarla zəngin olan albalı gündə 1 ovuc istehlak edildikdə orqanizmi toksinlərdən təmizləyir, xolesterini və qan şəkərini azaldır. Tərkibində A vitamini olduğu üçün bu meyvə orqanizmin sağlamlığı üçün çox faydalıdır.

Qatıq

Az yağlı qatıq istehlakı yüksək təzyiqə nəzarət edir və beləliklə ürək sağlamlığını qoruyur. Kalium və kalsiumla zəngin olan qatıq evdə hazırlansa, daha faydalı ola bilər.