İnsan orqanizmi ilə bağlı saysız-hesabsız maraqlı faktlar mövcuddur.
Onlardan bəzilərini topladıq:
– İnsan orqanizmində ən güclü əzələ dildir.
– Gülüş zamanı insanda 17 əzələ işləyir.
– İnsan burnu 50 min qoxunu ayırıb yadda saxlaya bilər.
– İnsan saatda 160 km sürətlə asqırır.
– Döş qəfəsindən çıxarılan insan ürəyi qısa müddət döyünə bilir.
– Mədə turşusu o qədər güclüdür ki, bədəndə 3-4 günə tamamilə yeni selikli qişa yaranır.
– Qan damarlarının ümumi uzunluğu 96 min kilometrdir. Bu da Ekvator xəttini iki dəfədən artıq fırlanmağa bərabərdir.
– İnsan bədəni gündə yük maşınının 32 km məsafə qət edə biləcəyi qədər enerji istehsal edir.
– İnsan xoruldayan zaman 80 destibel gücündə səs çıxarır. 85 destibeldən yuxarı səsə insan sağlamlığı üçün təhlükəlidir.
– İnsan 7000000000000000000000000000 (7 oktillion) atomdan ibarətik.
– Neyronlar saatda 240 kilometr sürətlə siqnal ötürürlər.
– İnsanın ürək ritmləri və mimikası qulaq asdığı musiqidən asılı olaraq dəyişir.
– İnsan sümüyü poladdan möhkəmdir. Belə möhkəmliyə baxmayaraq sümüklərin 31 faizi sudan ibarətdir.
– İnsan gözü kamera kimi qiymətləndirilsə, o 576 meqapiksel olar. Müqayisə üçün deyək ki, ən güclü fotoaparat olan Mamiya DSLR da bu rəqəm 80 meqapikseldir.
– Həmçinin insan gözü 10 min rəngi seçə bilir.
– Əgər insan DNT-ni açmaq mümkün olarsa 16 milyard km-lik zəncir yaranardı. Bu isə Yerdən Plutona və əks istiqamətdə olan məsafə qədərdir.
– İnsan yaddaşı 1 kvadrillion bit informasiya saxlaya bilər.
– İnsan ürəyi orta ömürü ərzində 1,5 milyon barel qan vurur. Bu, 200 dəmiryol sisternini doldurmağa yetir.
– İnsan orqanizmi saatda 180 milyon qırmızı qan hüceyrəsi yaradır.
– Hamiləlik zamanı ananın hər hansı orqanı zədələnsə, döl bu orqanın bərpası üçün kök hüceyrə ötürür.
– Bir addım atmaq üçün 200 əzələ işləməlidir.
– Bir hüceyrədə 6 milyard DNT spiralı var.
– İnsan həyatının 1/3 yuxuda keçirir.
– İnsan iki ay qidasız qala bilər.
– Dil dad reseptorları olan yeganə orqan deyil. Bu peseptorlar mədədə, bağırsaq traktında, mədəaltı vəzdə, beyində də var.
– Oksigensiz 5-10 dəqiqiə qalmaq olar. Bundan sonra beyin hüceyrələri məhv olmağa başlayacaq.
– Beyinin 60 faizi yağdan ibarətdir.
– İnsan beyni bəzi informasiyaları unudur. Beyin bunu özünü yüklənmədən qorumaq üçün edir.
– Skeletdə 200 sümük və 630 skelet əzələsi var.
– Burunda sakit tənəffüs zamanı hava axınının sürəti saatda 2,4 kilometr, asqırdıqda isə saatda 170 kilometr təşkil edir.
– Bir sözü tələffüz etmək üçün 72 əzələ hərəkət edir.
– Gün ərzində insan beyni bütün dünyanın telefonlarından çox elektrik impulsu yaradır.
– İnsanın sağ ağciyəri sol ağciyərinə nisbətən özünə daha çox hava yerləşdirir.
– Açıq gözlə asqırmaq mümkün deyil.