Çin həkimləri müəyyən ediblər ki, ənənəvi Çin təbabəti məhsulu olan Jenşen bədxassəli şişlərin bəzi növlərinin şüalanmaya qarşı müqavimətini əhəmiyyətli dərəcədə zəiflədir və sağ qalan xərçəng hüceyrələrinin aqressivliyini azaldır. Foodinfo.az-ın məlumatına görə, araşdırmanın nəticələri “Journal of Pharmaceutical Analysis” tərəfindən dərc edilib. Bildirilib ki, jenşen hüceyrələrin bölünməsində, şişin daxilində yeni qan damarlarının əmələ gəlməsində və xərçəng hüceyrələrinin miqrasiyasında mühüm rol oynayan TNC zülalının işini maneə törədir. Jenşenin aşağı qiyməti ondan xərçəngin radioterapiyası üçün ucuz dərmanların hazırlanmasında istifadə etməyə imkan verir.