Kabak (kabaçok) vitaminlərlə zəngin ən sağlam qidalardan biridir, lakin onu çiy yeməmək yaxşıdır.

Foodinfo.az xəbər verir ki, bu barədə həkim-terapevt, diyetoloq Yekaterina Lebedeva və ekspert Yekaterina Kurbatova danışıblar.

"Tərəvəz A və C vitaminləri, lif, kalsium və dəmir mənbəyidir. Onlar göz, dəri, ürək və sümüklərin sağlamlığını yaxşılaşdırmağa kömək edir", - deyə Kurbatova vurğulayıb.

Kabaklı yeməklər həzmi yaxşılaşdırır, qanda şəkərin səviyyəsini normallaşdırır və uzun müddət tox saxlayır, halbuki 100 q məhsulda cəmi 17 kkal var.

Lebedeva isə qeyd edib ki, tərəvəzdə, həmçinin, antioksidantlar, kalium, B1, B2, B9, A, E, PP vitaminləri, maqnezium, sink, fosfor, fol turşusu var.

Onun sözlərinə görə, xora və qastrit zamanı kabakdan ehtiyatla istifadə etmək lazımdır. Tərəvəz bişirmək daha yaxşıdır, çünki çiy halda mədəyə pis təsir göstərə bilər. Böyrək daşı xəstəliyi zamanı isə, tərkibində çoxlu su və oksalatların olduğu üçün daş əmələ gəlməsinə səbəb olur. 

İdeal seçim balqabağı kəsib sobada bişirmək və ya qızartmaqdır.

Natəvan