Bəzi insanlar pəhriz saxlamaqda, sevimli yeməkləri azaldıb, kalori saymaqda çətinlik çəkirlər. Lakin gündəlik rasionda kiçik dəyişikliklər etsəniz, artıq çəki gözünüzün önündə əriməyə başlayacaq.
Foodinfo.az diyetoloq İrina Belovanın arıqlamağa və istehlak edilən kalorilərin sayını azaltmağa kömək edəcək 5 məsləhətini təqdim edir.
Porsiyaları azaldın. Ən effektiv tədbirlərdən biridir. Əsas yeməklərinizdən başlayın. Bu, yediyiniz qida miqdarını tədricən azaltmağa kömək edəcək.
Şəkərli içkiləri azaldın. Bura, həmçinin, meyvə şirələri də daxildir: onların tərkibində qana tez nüfuz edən və qlükoza səviyyəsində dalğalanmalara səbəb olan şəkər çoxdur. Qazlı şirin içkilər, enerji içkiləri də qadağan edilməlidir.
Sağlam qidalar yeyin. Bu o demək deyil ki, sağlam qida mağazalarından məhsullar almalısınız. Adi və sevdiyiniz yeməkləri elə bişirin ki, onların kalorisi daha az olsun. Məsələn, əti tavada qızartmayın, yağdan istifadə etmədən sobada bişirin. Belə halda yemək daha az kalori ehtiva edəcək və daha sağlam olacaq.
Su için, protein və lif tərkibli qidalar yeyin. Protein və liflə zəngin məhsulların istifadəsi vacibdir. Üstəlik, bol su içsəniz, daha az aclıq hiss edəcəyinizi görəcəksiniz. Bu, gün ərzində atışdırmalıqların sayını da azaldacaq.
Düyü və kartof əvəzinə tərəvəzlərdən istifadə edin. Düyü və kartof əvəzinə, qaynadılmış, sobada bişmiş tərəvəz və ya salat təkcə rasionun kalorililiyini azaltmayacaq, həmçinin, bədəni vitaminlər, mikroelementlər və liflə təmin etməklə ona daha çox fayda verəcək.
Natəvan