İnsan orqanizminin düzgün işləməsi üçün müəyyən vitamin və minerallara ehtiyacı var. Kalsium da onlardan biridir. Bu mineral sümük və diş sağlamlığı ilə əlaqələndirilir. Həmçinin, kalsium sayəsində bədən və beyin arasında siqnallar ötürülür. O, həmçinin, damarların qanı hərəkət etdirməsinə kömək edir.
Kalsiumu pendir, süd və digər süd məhsulları, yarpaqlı yaşıl tərəvəzlər kimi qidalardan ala bilərsiniz.
Foodinfo.az xəbər verir ki, diyetoloq Elizabet Uoll bədəndə kalsium çatışmazlığının əlamətlərini açıqlayıb.
Belə ki, kalsium çatışmazlığı zamanı həddindən artıq yorğunluq və halsızlıq hiss edə bilərsiniz. Bəzən bu halda yuxusuzluq yarana bilər.
Ağız boşluğunda problemlər, əzələ ağrısı və sərtliyi, kövrək və sınmağa meyilli sümüklər, beyində duman, başgicəllənmə, barmaqlarda uyuşma və keyimə, dəri və dırnaq problemləri (quruluq və iltihab da daxil olmaqla) - bütün bu simptomlar kalsium çatışmazlığının göstəricisi ola bilər.
Leyla