Kartofun qızardılmışdan qaynadılmışına qədər bir çox növü var. İnsanlar bu qidanı sevsələr də, bəzən çəki artırdığını düşünüb istifadə etmirlər. Lakin kartof suyu əsksinə, arıqlamağa kömək edir. Bununla yanaşı, bu qidanın başqa faydaları da var.
Foodinfo.az Bakupost.az-a istinadən kartofun faydalarını təqdim edir.
Herbalistlər, xüsusilə çiy kartofun suyunu içməyi məsləhət görür. Çiy kartof suyu səhərlər acqarına içildikdə orqanizmə müsbət təsir edir.
Qəbizlik, mədə yanması, köplük kimi həzm sistemi problemlərini aradan qaldırır.
Bağırsaq fəaliyyətini tənzimləyərək ishalın da qarşısını alır.
Tərkibindəki antioksidantlar sayəsində qaraciyərdəki ödün təmizlənməsinə kömək edir.
İltihabları qurudaraq oynaqlardakı ağrıları azaldır. Xüsusilə bel və arxa oynaqlarda ağrıları aradan qaldırmaqda təsirlidir.
Bundan əlavə, yoğun bağırsaqda və böyrəklərdə tullantıların xaric edilməsini asanlaşdırır.
Sidik yollarında və böyrəklərdə daş əmələ gəlməsinin qarşısını alır.
Yüksək qan təzyiqini tənzimləyir. Tərkibindəki yüksək kalium yüksək təzyiq probleminə yaxşı təsir edir. Ürək xəstəliklərinin qarşısını alır.