Keçibuynuzunun tərkibində olan maddə təbiətdə heç bir bitkidə yoxdur. Ona görə də deməliyik ki, keçiboynuzu insanların həyatı üçün önəmlidir. Aralıq dənizi iqliminə xas bu bitki, astma, təngnəfəslik, osteoporoz, bağırsaq, xolesterin, bəlğəm xəstəliklərinin dərmanı hesab olunur.

 Foodinfo.az xəbər verir ki, keçibuynuzunun tərkibində olan polifenollar, həll olunmayan pulpa və tahini ürək-damar sağlamlığına müsbət təsir göstərir. 

Bu bitki yüksək pulpa ölçüsünə malikdir. Yaxşı bir kalsium qaynağı olan keçibuynuzundan uşaqların və qadınların istehlak etməsi çox vacibdir. Qanda xolesterinin səviyyəsi həddən artıq olan insanlar 2 ay ərzində 10 qram keçibuynuzundan xam şəklində istifadə edə bilərlər.

Nəfəs darlığı üçün bol keçibuynuzu istehlak etmək lazımdır. Nəfəs darlığından qurtulmaq üçün keçibuynuzu qəbul edin. 6-7 ədəd keçibuynuzunu xırda-xırda edib yarım litr suya tökün. Vam odda 7-8 dəqiqə qaynadıb soyumasını gözləyin. Soyuduqdan sonra suyu süzərək şüşə bir qabada saxlayın. Hər səhər yeməyi arasında və axşam yeməyindən əvvəl müntəzəm olaraq için. Bunu soyuducuda 3 gün saxlaya bilərsiniz

Həmçinin keçibuynuzu öskürəyə yaxşı gəlir, arıqlamağa kömək edir, prostat infeksiyalarını sağaldır. Osteoporoz və dəmir çatışmazlığı kimi xəstəliklərin müalicəsində istifadə olunur. Tərkibində kalium, sink və dəmir var. Xolesterolu aşağı salır. Bağırsaqları təmizləyir. Bəlğəmgətiricidir.Orqanizmdə olan zəhərli maddələri xaric edir. İshalı dayandırır.