Bu pəhriz vasitəsilə 10 gündə 7-10 kq arıqlamaq olar, bir şərtlə ki, pəhrizə ciddi riayət edəsiniz. Foodinfo.az pəhrizin şərtlərini təqdim edir: – Səhər : 1 stəkan şəkərsiz kofe – Nahar: kələm salatı ( kələmi xırda-xırda doğrayırıq, üzərinə 1 qaşıq rafine edilməmiş bitki yağı tökürük). – Şam yeməyi: 200 qr ət və 1 stəkan kefir (kefiri alarkən yağlılığının az olmasına nəzarət edin). Aşağıdakıları mütləq nəzərə alın: – Bir gün fasilə etməklə yumurta da yemək olar. – Yeməklər mütləq duzsuz olmalıdır. – Acdıqca kələm yeyib aclığa üstün gəlmək olar.