Koronavirusla mübarizədə, eləcə də yoluxandan sonra xeyli çəkən müalicə dövründə qidalanmaya xüsus fikir vermək lazımdır.
Foodinfo.az Medicina.az-a istinadən koronavirus xəstəsinə dəstək olacaq qidalanma şərtlərini təqdim edir.
Şirniyyata yox deməlisiz – sevimli konfetlər, şokolad, şirniyyat müvəqqəti olaraq rasiondan uzaqlaşdırılır.
Eləcə də koronavirus xəstəsinə bal vermək olmaz. Bal immuniteti stimulə edir və allergik prosesləri aktivləşdirir.
Yağlara hə - yağları qətiyyən çıxarmayın. Əksinə zeytun, qarğıdalı, kərə yağı, hətta donuz salosu da yemək faydalıdır. Qara zirə yağından başqa bütün yağları içə bilərsiz. Kətan toxumu, balqabaq və s.
Ət və zülal – xəstəlik zamanı sümük-əzələ və qana çoxlu zülal lazımdır. ona görə balıq, toyuq, mal əti mütləq yeyilməlidir. Ət sadəcə suda bişirilib yeyilir.
Xaş, bozbaş, yağlı bulyon isə olmaz.
Təzə tərəvəz, meyvə - iştahanız olmasa da, salat və ya meyvələrdən şirə, kompot içə bilərsiz.
Orqanizmə gün ərzində 40 qr lif lazımdır, bunu isə 500 qram tərəvəz yeməklə əldə etmək olar. Eləcə də göyərtilər.
Ona görə də bu qədər tərəvəzi, meyvəni yemək çətindirsə, blenderdə smuzi, kokteyl qarışımları düzəldə bilərsiz.
Nələr olmaz:
- qəhvə, kakao, tünd çay, qazlı sular
- Qıcıqlandırıcı sitrus meyvələri
- konservantlı market qidaları
- Hisə verilmiş ərzaqlar
- Ədviyyatlar
- çox duz
Çox su için
Gündə minimum bir litr yarım su içməlisiz. Su çiy su olmalıdır. Təbii ki, krandan yox, keyfiyyətli su.
Unutmayın, nə qədər çox su içsəz, bir o qədər tez sağalacaqsız. Bu bütün virus xəstəliklərində qaydadır.
Koronavirus zamanı iştah sönür, insan arıqlayır, zülal və piy ehtiyatı sürətlə tükənir. Ona görə özünüzü güclə məcbur etməyin. Gündə 2 dəfə amma keyfiyyətli yesəz kifayətdir. Sadəcə atışdırmalıq – peçenye, şirniyyat, bulka az yeyin, çörəyi azaldın ki, digər vacib qidalara yer olsun.
Az-az tez-tez yeyin.
Kefir, turş qatıqla ehtiyatlı olun. Koronavirus zamanı təzə inək südü məsləhət deyil.
Kefir, qatıq sağaldıqdan sonra bağırsaqlar üçün lazımdır.
Səhər mütləq bir az sıyıq, şirin çay, eləcə də bir yumurta yemək lazımdır.