Evdə limon suyu hazırlamaq bu meyvənin xüsusiyyətlərindən faydalanmağın ən sağlam və təhlükəsiz yollarından biridir. Çünki evdə hazırlanan limon suyu qatqısızdır və tam təbiidir.
Foodinfo.az bildirir ki, limon suyu əldə etmək üçün ilk növbədə daha ağır olan limonları seçməlisiniz, çünki ağır limonlar daha çox sulu olur. Limondan daha çox şirə əldə etmək üçün onları gecədən səhərə qədər ilıq suda saxlaya bilərsiniz.
Əgər limon suyunun daha turş olmasını istəyirsinizsə, kiçik limonlardan istifadə etmək məsləhət görülür. Kiçik limonlar böyük limonlardan daha turş olur. Limon şirəsini sıxarkən tumların əzilməməsinə diqqət yetirin ki, dadı acı olmasın.
Limon suyunu uzun müddət (bir aydan çox) saxlamağı planlaşdırırsınızsa, limon suyunu kiçik deşikli təmiz və quru süzgəcdən keçirin.
Təbii limon suyu hazırladıqdan sonra etməmiz lazım olan şey onun xarab olmasının qarşısını almaq və saxlama müddətini artırmaqdır.
Hazırladığınız limon suyunu daha uzun müddət istifadə etmək istəyirsinizsə, onun içinə bir az çörək otu əlavə edə bilərsiniz.
Bundan əlavə, limon suyunu tökməyi planlaşdırdığınız qab tamamilə quru və təmiz olmalıdır. Yaxşı olardı ki, bu suyu şüşə qaba töküb saxlayasınız.
Limon suyunun işığa məruz qalması onun C vitamininin itkisinə, xarab olmasına və qaralmasına səbəb olar. Limon suyunu sərin yerdə saxlamaq lazımdır.