Diyetoloq Aleksey Kabanov mayonezin zərərləri ilə bağlı yayılmış mifi təkzib edərək, onun əslində xamadan daha faydalı olduğunu deyib.
Foodinfo.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, mayonez bitki yağları, yumurta sarısı, xardal yağı, sirkə və ya limon suyu, duz kimi təhlükəsiz maddələrdən ibarət olduğundan onun tənqidi tamamilə əsassızdır.
Mayonezin əsas tərkib hissəsi olan bitki yağları ürəyin, qan damarlarının və bütün orqanizmin fəaliyyəti üçün zəruri olan sağlam doymamış yağların mənbəyidir.
Eyni zamanda, çox vaxt mayonezin əvəzləyicisi kimi tövsiyə olunan xama doymuş yağların mənbəyidir. Bu yağlar həddindən artıq istehlak edildikdə ürək-damar sisteminə mənfi təsir göstərə bilər.
Diyetoloq mayonezin orta miqdarda istehlakının zərər verməyəcəyini vurğulayıb. O, həmçinin, qeyd edib ki, mağazalarda tərkibcə evdə hazırlanana oxşar, lakin saxlama müddəti daha uzun olan mayonez tapmaq olar.
Nərmin