Akademik Boris Vasilyeviç Bolotov özünün sistemi ilə sübut edib ki,orqanizmin özünün müəyyən maddələri sintez etməsi ilə biz köhnə, yararsız hüceyrələri yenisi ilə əvəz edib, bioloji cavanlıq əldə etmək olar.
Yəni xəstə hüceyrələri orqanlardan xaric etmək mümkündür.
Foodinfo.az akademikin 4 qaydasını təqdim edir:
1. Mədədə pepsin fermentini artır
Bunun üçün hər qida qəbulundan 30 dəqiqə sonra dilin ucuna 1 qram duz qoyub əritməli və sonda duzlu ağız suyunu udmaq lazımdır. Hələ qədim yunan və roma dövründə məlum olan bu metod zamanı reflektor olaraq mədə şirəsi sintez olunur ki, bu da köhnə hüceylərin yuyulub aparılması üçün vacibdir.
Mədə şirəsi qana düşərək yolunda olan bütün zədəli - kansoregen, toksiki maddələri, sərbəst radikalalları,ağır metalları yuyub aparır. Pepsinlər qanda şiş hüceyrələrini də əridir, bu maddə yalnız öz cavan,sağlam hüceyrələrini əritmir.
2. Hüceyrə cavanlaşdırıcı qidaları çox qəbul et
Hüceyrə kolonlarını gəncləşdirmək üçün mədə şirəsi fermentini aktivləşdirən bu qidaları daim yeyin: razyana, kələm, şüyüd, dəniz kələmi, jenşen, bağayarpağı, istiot, xardal, xren, turp, keşniş toxumu, keşniş, nanə, darçın.
Duz mədə-bağırsaqda poliplərin də sovrulmasını təmin edir. Eləcə də hemorroyda faydalıdır.
3. Şlakları duza çevir
Orqanizmdə zamanla çox duz yığılır. Duzlar böyrək, sidik kisəsi, öd, sümük və toxumalarda da yığılır. Toxumalarda duz çoxaldıqda onlar zəifləyir, ən kiçik zərbədən belə göyərir, qan sızır, gec sağalır. Bunlardan qaçmaq üçün şlaklara turşularla təsir etmək lazımdır. Yəni zamanla orqanizmə qida ilə elə turşular yedirilməlidir ki, onlar şlakları əritsin. Bu turşular askorbin, nikotin, stearin, limon, süd turşularıdır.
Qidalar: xiyar, duzlu kələm, çuğundur, kök, soğan, sarımsaq, alma və s.
Bunları qəbul edən zaman bitki yağları qəbul etməyin. Çünki o ödü sürətli qovur, bu da şlakları əritmək prosesini ləngidir.
Turşuların təsirindən şlaklar duza çevrilib sidiklə çıxır. Yarısı isə daha davamlı olaraq çıxmır, orqanizmdə bərkiyir.
Bu zaman 4-cü qaydanı tətbiq etməlisiz.
4. Bərkimiş duzları çıxar
Mineral və yağ mənşəli urat, fosfat, oksalat duzları asanlıqla bədəndən çıxmır. Burda oxşar oxşarla çıxarılmalıdır prinsipi işləyir.
Bunun üçün günəbaxan kökləri çayı içmək olar. Bu çay çox miqdarda 1 ay içilir.
Belə duzların əridilməsi üçün qara turpun şirəsi də içilə bilər. Bu şirə damarlarda, sidik kisəsi, böyrək ləyənində yığılmış duzları da əridir.
Əgər qaraciyər, öd yolları problemi olan xəstədirsə, bu şirəni içdikdən sonra qaraciyər nahiyəsinə isti qrelka qoymalıdır.
Həmçinin cəfəri kökü suyu da içə bilərsiz.
Saglamolun.Az