Rusiyalı dietoloq və tibb elmləri namizədi Marqarita Korolyeva artıq piyləri və qida qalıqlarını bədəndən tez və rahatlıqla xaric etməyin yollarını izah edib. Foodinfo.az “Lenta.ru”ya istinadən xəbər verir ki, ekspert xüsusilə qaynadılmış tərəvəzlərə üstünlük verməyi tövsiyə edib. “Əlbəttə ki, rasionda lifli və buxarda bişmiş tərəvəzlər prioritet olmalıdır. Rasionun ən azı 50%-ni 500-700 qram tərəvəz təşkil etməlidir. Onlar sadəcə immuniteti qorumaq üçün şərait yaratmırlar, həm də detoksikasiyanı, yəni şirin və yağlı qidalardan sui-istifadə nəticəsində bədəndə yığılmış qalıqların xaric edilməsini təmin edirlər. Vitamin əlavələri və daha çox təbii tərkibli zülallar qəbul etməyi tövsiyə edirəm. Vitamin və mineral kompleksi pəhrizə əlavə edilməlidir. Həftədə iki-üç dəfə qırmızı ət yeyin, 45 yaşdan yuxarı insanlar üçün on gündə və ya həftədə bir dəfə kifayət edir. Duzdan imtina etmək xüsusilə vacibdir. Bədəni artıq maddələrdən tez qurtarmaq üçün bol su için. Duzun məhdudlaşdırılması sürətlə arıqlamağa və yaxşı nəticə əldə etməyə kömək edir, ilk iki həftə ərzində yalnız duzu deyil, turşuları da istisna etmək daha yaxşıdır: duzlu xiyar, pomidor, göbələk, kələm turşusu, duzlu balıq. Çox miqdarda su içmək lazımdır, çünki artıq bədən çəkisi mayenin yığılması ilə əlaqədardır. Nəticəni dərhal hiss edəcəksiniz”, - M.Korolyeva açıqlamasında bildirib.