Hava şəraitindən asılı olan insanlarda müəyyən qidalar xoşagəlməz simptomları gücləndirə bilər. Duzlu kələm, pendirlər, qırmızı şərab və hisə verilmiş ətlər bu siyahıya daxildir. 

Foodinfo.az xəbər verir ki, bu barədə həkim-terapevti Olesya Savelyeva danışıb.

Onun sözlərinə görə, bu məhsullarda çoxlu histamin var. O. vazodilatasiya və iltihaba səbəb ola bilər. Həmçinin, meteohəssas insanlar tərkibində şəkər və süni qida boyaları çox olan qidalardan uzaq durmalıdırlar. Bura müxtəlif şirniyyatlar və qazlı içkilər daxildir. Alkoqol, nikotin və qəhvədən də imtina etmək lazımdır. Qəhvəni yaşıl çay ilə əvəz etmək olar.

Həddindən artıq şəkər enerji və əhval-ruhiyyə səviyyəsində dəyişikliklərə səbəb ola bilər ki, bu da meteohəssaslıq əlamətlərini ağırlaşdıra bilər. Tərkibində çoxlu miqdarda doymuş yağlar olan qidalardan sayılan "fast food", yağlı ət və şirniyyatları da rasionda azaltmağa dəyər.

Natəvan