Meyvələr arasında alma orqanizm üçün çox böyük dəyərə malikdir. Alma gəncliyi, gözəlliyi, sağlamlığı uzadır və piylənmə ilə mübarizədə kömək edir.  Foodinfo.az xəbər verir ki, bu barədə “Moskva 24” telekanalına diyetoloq və endokrinoloq Natalya Lazurenko danışıb. “Alma əslində meyvələrin padşahıdır. Bədənimizin bütün orqan və toxumalarının ona ehtiyacı var. Almanın tərkibində karbohidrat mübadiləsini normallaşdırmaq üçün çox səmərəli işləyən tartronik turşusu var”, - həkim qeyd edib. Ekspert əlavə edib ki, ömrü ən azı beş il uzatmaq üçün gündə bir meyvə yemək kifayətdir. Onun fikrincə, ən çox bəyəndiyiniz alma çeşidini seçməlisiniz, burada subyektiv hisslərinizə etibar etməlisiniz.