Qara turp və bal öskürək, qrip kimi bir çox sağlamlıq problemində istifadə edilən alternativ tibb üsullarından biridir.
Foodinfo.az sağlamolun.az-a istinadən xəbər verir ki, qara turp və balın faydaları aşağıdakılardır:
1.Tərkibindəki yüksək miqdarda antioksidant sayəsində qan damarlarını zədələnmədən qoruyur. İnsult riskini azaldır.
Nizamsız ürək döyüntülərini, yorğunluğu və əzələ kramplarını yaxşılaşdırmağa kömək edir.
Qəbizliyin qarşısını alaraq həzm sistemini yaxşılaşdırır
Tərləmənin qarşısını alır, toksinlərin sürətlə atılmasını təmin edir.
Öskürəyi kəsməyə kömək edir. Bronxiti sağaldır, bəlğəmgətirici xüsusiyyətlərə malikdir.
Hazırlanması qaydası: ⠀
Turpu yaxşıca yuyun və yuxarıdan kəsin.
Turpun dibinə qədər kəsin və dibindən çox kiçik bir cızıq düzəldin ki, içinə qoyduğunuz bal turp suyu ilə eyniləşib stəkana axsın.⠀
Oyduğunuz hissəyə kifayət qədər bal qoyun və kəsdiyiniz qapaqla örtün və ən az 3-4 saat saxlayın.
Turp suyu ilə eyniləşdirilən və stəkana axan qarışımı gündə 2 dəfə səhər və axşam qəbul edə bilərsiniz.
Hazırladığınız dərmanı 10-15 gün arasında istifadə edin.