Alimlər tərəfindən qozun faydaları elmi olaraq təsdiq olundu və mütəxəssislər hər gün qoz yeməyi tövsiyə edir. 

Foodinfo.az qozun möcüzəvi faydalarını təqdim edir:

1. Omega 3 ilə zəngin olması

Qozun tərkibində müxtəlif mikroelementlər, o cümlədən omeqa-3 yağ turşuları var. Bu yağ turşuları bədənin böyüməsi və optimal işləməsi üçün lazımdır. Omeqa-3 ürək-damar xəstəliklərinin səbəbi olan qan təzyiqini və qan trigliseridlərini azaldır.

2. Ömrün uzadılmasına təsiri

Qozun istehlakı ömrün uzamasına kömək edir. Harvard Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, həftədə ən azı 5 ovuc qoz yemək gözlənilən ömrü təxminən bir il yarım artıra bilər. Bu məqam xüsusilə sağlam qidalanma tərzinə çox əhəmiyyət verməyən insanlar üçün vacibdir. Bu miqdarda qoz yemək ürək-damar xəstəliklərindən ölüm riskinin 25%, xərçəngdən ölmə riskinin isə 14% azalmasına səbəb olur.

3. Kişilərin intim həyatına təsiri 

Qozun mühüm təsirlərindən biri də kişilərin intim həyatlarına kömək etməsidir. Başqa sözlə, qoz sperma keyfiyyətini yaxşılaşdırır. 2018-ci ildə ispan tədqiqatçılar 98 kişi üzərində araşdırma aparıb və onları 14 həftə ərzində iki fərqli pəhriz növü ilə iki qrupa ayırıblar. Onların yarısı hər gün 60 qram qoz, fındıq və ya badam yeyirmiş. 14 həftədən sonra spermanın keyfiyyətinin daha yaxşı olduğu və spermatozoidlərin sayının 16%, spermaların canlılığının 4%, hərəkət qabiliyyətinin isə 4% artdığı müəyyən edilmişdir.

4. Xolesterolun azaldılması

Digər tədqiqatlar qozun pis qan xolesterolunu (LDL) azaltmaqda təsirli olduğunu göstərir. Digər tərəfdən faydalı qan xolesterinin (HDL) səviyyəsi yüksəlir. Tədqiqatçıların fikrincə, bu təsirlər qozun tərkibindəki poli doymamış yağlarla bağlıdır.

5. Stresslə mübarizə

Qozun psixi sağlamlığa da müsbət təsiri var. Avstraliyalı tədqiqatçılar müəyyən ediblər ki, gündə təxminən 50 qram qoz istehlakı stress və narahatlığı azaltmağa kömək edir. Təbii ki, qozun təsirindən faydalanmaq üçün onun yağından da istifadə edə bilərsiniz.

Şəbnəm