Çia toxumlarının bədənə möcüzəvi təsiri haqqında yəqin ki, hər kəs eşidib.
Niyə çia toxumlarını diyetinizə daxil etməlisiniz?
Foodinfo.az bu yazıda çia toxumunun faydalarını təqdim edir:
1. Mütəxəssislər hesab edir ki, bu şəkər xəstələri üçün əvəzolunmaz məhsuldur. Bir ay ərzində hər gün çia toxumu istehlak etsəniz, qan şəkərinizin əhəmiyyətli dərəcədə azaldığını görəcəksiniz.
O, həmçinin qan tərkibini yaxşılaşdırmağa kömək edir, trombozun qarşısını alır.
2. Bu toxumda omeqa-3 və 6 turşuları mövcuddur.
3. Bu məhsul bədənə enerji verir.
4. Çia toxumu iş və ya təhsil zamanı da vazkeçilməzdir. Bu qida beyin fəaliyyətinə böyük təsir göstərir, yaddaşı yaxşılaşdırmağa və konsentrasiya qabiliyyətini artırmağa kömək edir.
5. Pəhriz saxlayan zaman çia toxumu aclığı idarə etməyə kömək edir. Bu da daha sürətli kilo verməyə kömək edir.
6. Çia toxumlarının köməyi ilə immunitet sisteminizi əhəmiyyətli dərəcədə gücləndirə bilərsiniz.
7. Uzun müddət gənc və gözəl qalmaq istəyənlərin qida rasionuna bu məhsul daxil edilməlidir. Fakt budur ki, çia toxumları antioksidant tərkiblə zəngindir.