Okroşka sağlam və balanslaşdırılmış yemək hesab olunsa da, hər kəsə uyğun deyil. 

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Olqa Luşnikova danışıb.

Onun sözlərinə görə, soyuq, xüsusilə yağlı yeməklər həzm problemlərinə səbəb ola bilər.

Təbii kvas təbii olsa da, şişkinlik və mədə-bağırsaq traktında problemlər yarada bilər. Buna görə də, uşaqlara və karbohidrat metabolizmi pozulmuş insanlara, o cümlədən şəkərli diabet xəstələrinə kvas istehlakını məhdudlaşdırmaq tövsiyə olunur.

Olqa Luşnikova, həmçinin, okroşkanın bəzi komponentlərinə, məsələn, tərkibində çox miqdarda qida lifi olan turp, təzə xiyar və göyərtilərə diqqət çəkib. Onların həddindən artıq istehlakı qaz, meteorizm və bağırsaq traktında problemlər yarada bilər. Göyərti, həmçinin, böyrək daşı xəstəliyi və mədə-bağırsaq xəstəlikləri zamanı da yeyilməməlidir.

Turp mədə-bağırsaq traktının selikli qişasını qıcıqlandıraraq qarın ağrısı, ürəkbulanma və ishala səbəb ola bilər. Odur ki, mədə-bağırsaq problemi olan, qastrit, pankreatit və bu kimi digər xəstəlikləri kəskinləşən insanlara okroşkadan istifadə edərkən daha diqqətli olmaq məsləhətdir.

Unutmayaq ki, hər bir orqanizm unikaldır və bir insana uyğun olan şey digəri üçün yaramaya bilər. Buna görə də, şübhə və sağlamlıq problemləri yarandıqda fərdi qidalanma tövsiyələri almaq üçün həkimə və ya diyetoloqa müraciət etmək daha yaxşıdır.

Nurlan