Alimlər qozun qoruyucu xüsusiyyətlərini aşkar ediblər. Lif, vitamin və antioksidantlarla zəngin olduğu üçün bu məhsulun sağlamlığa böyük faydası olduğu bildirilib. Foodinfo.az xəbər verir ki, bu barədə həkim Yelena Tixomirova danışıb. Mütəxəssisin sözlərinə görə, qoz-fındıq xərçəng, ürək və tənəffüs xəstəliklərinin inkişaf ehtimalını azalda bilər. "Həmçinin alimlər müəyyən ediblər ki, bu məhsulu sevənlərin onkologiya, ürək-damar xəstəliyi və tənəffüs xəstəliklərindən ölmə ehtimalı azdır" , - Y.Tixomirova bildirib. Həkim həm də qeyd edib ki, sürətli arıqlamaq vərəm, onkologiya və ya tireotoksikoz siqnalı ola bilər, buna görə də bu vəziyyət təcili mütəxəssis məsləhətini tələb edir. Bir insanda iştahsızlıq və ürəkbulanma varsa, müayinə tövsiyə olunur. Həkim vurğulayıb ki, bu əlamətlər sistemli intoksikasiyanı göstərir.