Alimlər elmi tədqiqatla insan ömrünü ən azı 10 il uzadan xüsusi qidaları açıqlayıblar.
Foodinfo.az xəbər verir ki, alimlər ətdən tutmuş paxlalılar, meyvə-tərəvəzə kimi qidaların ömrə təsirini araşdırıb.
Nəticələr göstərib ki, insan ömrünü ən çox uzadan qruplar: taxıllar, paxlalılar və qozlardır.
"Rasionda tam taxıl, paxlalılar, qozlar çox olarsa, ağ un, qırmızı ət, şirin içkilər az olarsa, ömrü ən azı 10 il uzatmaqq olar.
Əgər insan 50 yaşda bu rasiona keçsə, ömrü 10-12 il, 60 yaşda keçsə 7-8 il uzanır.
Hətta 80 yaşlılar da bu qidalardan faydalana bilər.
Onların ömeü daha 3-4 il uzana bilər.
Bir şərtlə ki, axşam yatmazdan əvvəl qida qəbulu olmasın.