Qocalma prosesini ləngitmək üçün istifadə edə biləcəyiniz bəzi qidalar var.
Foodinfo.az xəbər verir ki, bunu Sankt-Peterburq telekanalının efirində diyetoloq Marina Koqay deyib.
Mütəxəssis əmin edir ki, giləmeyvələrdə bol vitaminlər və antioksidantlar var. O, yerli məhsulların daha faydalı olduğunu bildirib. Bundan əlavə, Koqay qeyd edib ki, qırmızı balıq yemək faydalıdır, tərkibindəki vitaminlər sayəsində iltihab əleyhinə təsir göstərir.
“Yağlı balıq iltihab əleyhinə təsir göstərən Omeqa-3 mənbəyidir. Qocalıq nədir? Bu, sərbəst radikalların və iltihablı proseslərin sayının artmasıdır”, - Koqay izah edib.
Həkimin sözlərinə görə, qocalma prosesini yavaşlatmaq üçün duz, şəkər və əlavələri olan qidalar rasiondan xaric edilməlidir. Bununla paralel mütəmadi olaraq idman etmək və kifayət qədər yatmaq məsləhətdir