Sitrus meyvələri içində az tanınan kumkvat adlı dekorativ mandarin və ya qızıl portağal kimi tanınan meyvə şişlərin böyüməsinin və metastazın qarşısını alır. Bunu türkiyəli həkimlər bildirib. Kimkvat həzm sistemini tənzimləyir, sümükləri möhkəmləndirir. Tərkibində olan flavanoidlər orqanizmi kanserogen maddələrin təsirindən qoruyur, şiş hüceyrələrini oyanmağa qoymur. Yüksək kalsium qocalmanın qarşısını alır, sümük sistemini bərkidir, dərini cavanlaşdırır. Meyvəni qabığı ilə birgə yemək lazımdır.