Sümüklərin əsas tikinti materialı olan kalsium və zülal nə qədər balanslı istehlak edilərsə, bir o qədər faydalı olar. Sümükləri gücləndirmək üçün bəzi qidaları mütəmadi olaraq qəbul etmək lazımdır. Mütəxəssislər xüsusilə qocalıqda osteoporoz və oynaq ağrıları kimi problemlərə qarşı istehlak edilməsi lazım olan qidaları sıralayıb.
Foodinfo.az osteoporozun qarşısını alan və polad kimi sümükləri gücləndirən qidaları təqdim edir:
KALSİUM
Kalsium sümüklər üçün ən vacib qidadır. Süd məhsulları, yaşıl yarpaqlı tərəvəzlər, badam, fındıq, sardina kimi qidalarda bol olur.
D VİTAMİNİ
Kalsiumun udulmasını artırır. Günəş işığına məruz qalma, yağlı balıq, yumurta sarısı kimi mənbələrdən əldə edilə bilər.
MAQNEZİUM
Kalsiumun udulmasına kömək edir və sümük quruluşunu dəstəkləyir. Fındıq, paxlalılar, tam taxıl kimi qidalar maqneziumla zəngindir.
ZÜLAL
Sümük toxumasının əsas tikinti materialları zülallardır. Toyuq, hinduşka, balıq, yumurta, süd məhsulları, paxlalılar protein mənbəyidir.
K VİTAMİNİ
Sümüklərin minerallaşmasına kömək edir. Yaşıl yarpaqlı tərəvəzlər, brokoli, brüssel kələmi kimi qidalarda olur.
FOSFOR
Sümükləri minerallarla gücləndirməyə kömək edir. Süd məhsulları, ət, toyuq, balıq kimi protein mənbələrində olur.
C VİTAMİNİ
Kollagen istehsalını dəstəkləyərək sümüklərin davamlılığını artıra bilər. Sitrus meyvələri, çiyələk, bibər kimi qidalar C vitamini ilə zəngindir.
SİNK
Sümüklərin mineralizasiyasında rol oynayır. Qırmızı ət, toyuq, balqabaq toxumu kimi qidalarda olur.
OMEGA-3 YAĞ TURŞULARI
Sümük sağlamlığını dəstəkləyir. Somon, skumbriya, kətan toxumu, qoz və yağlı balıq kimi qidalarda bol olur.