Qida rasionumuzun ən vacib elementlərindən biri yodun çatışmazlığı tiroid funksiyasının azalmasına səbəb olur və bu, bütün orqanizmdə nasazlıqlara gətirib çıxarır.
Foodinfo.az bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Qeyd olunur ki, qidalanmanın köməyi ilə bu elementin çatışmazlığını aradan qaldırmaq mümkündür.

Yod olmayanda ürəyin, qan damarlarının, əzələlərin, həzm sisteminin işi pozulur, depressiya yaranır, yaddaş yaxşı işləmir, əmək qabiliyyəti aşağı düşür, psixi xəstəliklərin yaranma riski yaranır.

Yodun gündəlik norması 120-150 mikroqramdır.

“İlk növbədə süd və süd məhsulları istehlak etməlisiniz. Bir stəkan süd sizə 60-80 mikroqram yod verəcək. Həmçinin yumurta sarısı, burada 24 mikroqram yod var”, - deyə ekspertlər qeyd edirlər.

Həmçinin dəniz məhsulları - siyənək, qızılbalıq, kalmar, dəniz yosunu və kürü kimi qida məhsulları yodun gündəlik tələbatını qarşılamağa kömək edir.

Nurlan