Harvard Universitetinin alimi Uma Naydi CNBC-yə verdiyi müsahibəsində sağlamlığı və psixoloji vəziyyəti bərpa etməyin yollarından danışıb.
Foodinfo.az-ın xəbərinə görə, uzun illər xəstələrlə işləyən həkim müəyyən edib ki, qarağat qocalma prosesini yavaşlatmaq gücünə malikdir. Hətta psixoloji sağlamlığımızı da bərpa etməyə qadirdir.
Mütəxəssis aydınlaşdırıb ki, adıçəkilən giləmeyvə beynin qocalmasını və demensiya riskini aşağı salan flavonoidlərlə zəngindir. Bundan başqa, onun tərkibində beyin və bağırsaqlarda iltihablanmanın qarşısını alan təbii antioksidantlar var.
Həkimin sözlərinə görə, hər gün qarağat yesək, fol turşularının defisitinin qarşısını almış oluruq. Bu turşunun çatışmazlığı nevroloji xəstəliklərə səbəb olur. Həkim onu da tövsiyə edir ki, qarağatı təzə halda yemək lazımdır, ondan dondurma hazırlaya, pudinqlərə əlavə edə bilərsiniz.