İmmuniteti gücləndirən və orqanizmimizi zireh kimi qoruyan meyvə və tərəvəzlər var.

Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Bu cür meyvələrin başında heyva gəlir. A və B vitaminləri ilə zəngin olan heyvanın tərkibində həmçinin kalium və müxtəlif duzlar mövcuddur.

Xiyarın tərkibindəki kükürd orqanizmi infeksiyalara qarşı dayanıqlı edir. Qəbizliyin qarşısını alır, böyrək və ürək xəstəliklərinə qarşı bədənimizdə toplanan suların ifrazına səbəb olur. 

Turpun tərkibində A, E, C, B6 və K vitaminləri var. Əla kalium mənbəyi hesab olunur. Toxluq hissi yaradır, immuniteti gücləndirir.
Sarımsağın tərkibində A, B, C və P vitaminləri vardır. Təzyiqi aşağı salır, qanı təmizləyir, iştah açır. 
Kök  A, B1 və B2 vitaminləri ilə zəngindir. Enerji verir. Qaraciyərin fəaliyyətinə dəstək olur, xolesterolun tənzimlənməsini təmin edir. 

Soğanı tamamilə mineral deposu adlandırmaq olar. Xüsusən qışda xəstəliklərə qarşı orqanizmin müqavimətini artırır.

Fərid