“Palma yağı əladır, çünki bədəndə yağın olmaması təhlükələrini aradan qaldırır. İndi isə bu cür yağı nisbətən ucuz əldə etmək mümkündür. Niyə bu nemətdən imtina edək?”.
“Report” RİA “Novosti”yə xəbər verir ki, bunu aqronom Elizaveta Tixonova bildirib.
Onun sözlərinə görə, inək südündən alınan yağ palma yağından az təhlükəli deyil: “Kərə yağı üçün texniki seçimlər var, palma yağı aşağı keyfiyyətli hesab edilə bilər. Lakin, hər halda, bu yeməli bir yağlı toxumdur və inkar edilə bilməz. Palma yağı inək yağından zərərli deyil”.
O bildirib ki, palma yağını daha çox yaşca böyük şəxslər qəbul etsə yaxşı olar: “İnək yağı insanın qida rasionuna yaxın tarixdə daxil olub, yalnız 400 il əvvəl. Əvvəllər arabalar onunla yağlanırdı və insanlar qida kimi qəbul etmirdilər. Hələ heç kim palma yağından ölməyib, heç kim də xəstələnməyib. Bu cür yağlar bədən tərəfindən daha yaxşı mənimsənilir. Saf kərə yağı yalnız uşaqlar üçündür. Palma yağı insana enerji verir, qan damarlarını tıxamır”.
- Qeyd edək ki, palma yağından Avropa və Cənub-Şərqi Asiya ölkələrinin mətbəxində istifadə edilir. Bu yağdan salatların, qarnirlərin, şorbaların, balıq və ət məhsullarının hazırlanması zamanı istifadə edilir.