Payızda bir çoxları enerji çatışmazlığından və immunitet azlığından əziyyət çəkirlər. Buna görə də orqanizm mövsümi xəstəliklərə qarşı daha həssas olur.
Foodinfo.az xəbər verir ki, endokrinoloq-diyetoloq Sayyina Qoqoleva ilin bu vaxtında sağlamlığı yaxşılaşdırmağa kömək edən qidalardan danışıb.
Belə ki, maddələr mübadiləsini, A vitamininin sintezini yaxşılaşdırmaq və ürək-damar xəstəlikləri riskini azaltmaq üçün mütəxəssis balqabaqdan hazırlanan qidaları (pörtülmüş balqabaq, balqabaq şorbası və s.) yeməyi məsləhət görür. Qızardılmış və ya buxarda hazırlanmış yerkökü və bişmiş turp da tövsiyə olunur.
Bundan əlavə, buxarda bişirilmiş və ya qrildə hazırlanmış qızılbalıq steyki sümüklərin möhkəmlənməsinə və xolesterin səviyyəsinin aşağı düşməsinə müsbət təsir göstərir.