Yay fəsli ailə üzvləri və dostlarla piknikə getməyin əsl vaxtıdır. Bəs özümüzlə hansı yeməkləri götürək ki, həm dadlı, həm də faydalı olsun?
Foodinfo.az Life.ru-ya istinadən diyetoloq Yelena Sviridovanın bununla bağlı tövsiyələrini təqdim edir.
Meyvə salatı
Meyvələr bədəninizi vitaminlərlə təmin edəcək. Salatı dadlandırmaq və fərqli etmək üçün üzərinə yoqurt əlavə etmək olar.
Faydalı sendviçlər
Həkim bütöv buğda çörəyindən istifadə etməyi, sendviçi sevdiyiniz tərəvəzlər və ya kahı yarpaqları, qırmızı balıq və ya qaynadılmış toyuq ilə hazırlamağı məsləhət görür. Yüngül kəsmik pendiri də əlavə etmək olar. Təbiətdə tutumlu nahar üçün bu ən yaxşı seçimdir.
Batonlar
Satışda qoz-fındıq, bal, giləmeyvə və meyvəli müxtəlif batonlar var. Lakin onları almadan öncə mütləq tərkibini oxumaq lazımdır. İçində şəkər, konservantlar və boyaların olmaması yaxşıdır. Bu zaman sizin qəlyanaltınız həm dadlı, həm də çox faydalı olacaq.
Smuzilər
Smuzi isti gündə susuzluğunuzu mükəmməl şəkildə yatıracaq. Bunun üçün içinə bir neçə buz kubu əlavə edə bilərsiniz. İçkini daha tutumlu etmək üçün təzə giləmeyvə şirəsi də əlavə etmək olar.
Lavaş ruletləri
Lavaşın içinə pendir, ət, tərəvəzlər qoyaraq hazırlanan ruletlər çox doyumlu olacaq. Onları daşımaq da rahatdır, çünki uzun müddətt formalarını itirmədən qalırlar. Bunun üçün onları bərk bükün və bir-birinə sıx yerləşdirin.
Leyla