Lifləri, vitaminləri və mineralları ilə tam bir şəfa anbarı olan pırasa hər kəsin ləzzət alacağı yemək növü deyil. Ancaq faydaları saymaqla bitmir. Bəs pırasanın hansı faydaları var, hansı orqan üçün daha çox faydalıdır?
Foodinfo.az bu yazıda pırasanın faydalarını təqdim edir.
Pırasa dünyada ən çox tanınan və istehlak edilən tərəvəzlərdən biridir. Xüsusilə vegan pəhrizi olanlar üçün tez-tez seçilən sağlam tərəvəzdir. Pırasa faydaları danılmazdır. Sözün əsl mənasında, lif, vitamin və mineral anbarıdır.
Pırasa təsirli bir sidikqovucudur. Sidik tutmasından əziyyət çəkən insanlar üçün tövsiyə olunur. Xüsusilə bulyon ilə bişmiş pırasa şorbasının faydası iki qat artır.
Qəbizlik zamanı istifadə edilən ən yaxşı tərəvəzdir. Pırasanın bağırsaqlara faydalı təsirini istehlakdan dərhal sonra hiss etmək olur.
Tənəffüs yolu infeksiyaları və ağciyərlər üçün çox faydalıdır. Kəskin və xroniki iltihablara qarşı çox faydalıdır. Səs itməsi, boğulma, öskürək, faringit kimi xəstəliklər zamanı möcüzələr yarada bilir.
Tərkibindəki vitamin sayəsində ürəyin dostu olan tərəvəzdir. Qan və damar xəstəliklərindən qoruyur.
Boğaz ağrısı, podaqra, oynaq şişkinliyinə qarşı sakitləşdirici və müalicəvi təsirə malikdir.
Pırasa suyu üzü gözəlləşdirir. Qızartıları, dəri infeksiyalarını və sızanaqları aradan qaldırır. Antibakterial olduğu üçün yaralarda da istifadə oluna bilər. Həm də həşərat dişləmələrinin təsirini yüngülləşdirir.
Pırasa lif, vitamin, mineral və antioksidant birləşmələrlə çox zəngindir. Bu tərəvəzi yeməklərə əlavə etmək çoxlu sağlamlıq faydaları əldə etmək deməkdir. Bəzi xərçəng növlərinə qarşı qoruyucu və profilaktik təsir göstərir.
Kalori qəbulunun çox hissəsi əslində fruktoza və qlükozadan ibarət olan karbohidratlara bağlıdır. Pırasa kökündə, ağ hissədə ona yumşaq bir dad verən saxaroza, həmçinin sidikqovucu xüsusiyyətlərə malik digər şəkərlər (fruktozanlar) var.
Bu tərəvəz A, C və B qrupu vitaminləri, K vitamini və provitamin mənbəyidir. Yaşıl hissələr provitaminlər və A və C vitaminləri ilə ağ hissəyə nisbətən daha zəngindir.
Pırasa bir çox minerallarla yanaşı, su və vitaminlər də zəngindir. Onların arasında dəmir, fosfor, kalium, mis, maqnezium, selenium və kalium var.
Tərkibindəki antioksidantlarla bədəndəki zərərli komponentlərin sidik və tərlə atılmasını təmin edir. Bunlar flavonoidlər, karotenoidlər, lutein və zeaksantindir.
Pırasa tərkibində kükürd birləşmələri də var. Bir və ya bir neçə kükürd atomunun birləşməsindən əmələ gəlir. Tərəvəz bıçaqla doğrandıqda kükürd çıxmağa başlayır. Tərəvəzin qoxusunu verən maddə kükürddür və sağlamlığa müsbət təsir göstərir.