Son illərdə sağlam qidalanma və həyat tərzi ilə maraqlananların diqqətini çəkən kombucha çayı fermentləşdirilmiş çay növü olaraq həm dadı, həm də faydaları ilə seçilir.
Foodinfo.az xəbər verir ki, kombucha təbii probiotik mənbəyi olmaqla bağırsaq sağlamlığını dəstəkləyir və immunitet sistemini gücləndirir.
Kombucha çayında fermentləşmə prosesi nəticəsində C vitamini və antioksidantlar artır, bu da orqanizmin infeksiyalara qarşı müqavimətini yüksəldir.
Eyni zamanda tərkibindəki turşular və fermentlər bədənin toksinlərdən təmizlənməsinə kömək edir.
Araşdırmalar göstərir ki, kombucha çayı enerji səviyyəsini artırır, yorğunluğu azaldır və az miqdarda kofein və B vitamini ilə gün ərzində aktivliyi dəstəkləyir.
Bundan əlavə, bəzi tədqiqatlar kombuchanın xolesterin və qan şəkərinin tənzimlənməsinə yardım edə biləcəyini göstərir.
Evdə hazırlanan kombucha düzgün sterilizasiya edilmədikdə bakterial çirklənmə riski daşıyır. Hamilə və süd verən qadınlar, qaraciyər xəstələri və şəkər xəstələri istifadədən əvvəl həkimlə məsləhətləşməlidir.






