Piylənmə zamanı maddələr mübadiləsinin yaxşılaşdırılması üçün daha çox hərəkət etmək, karbohidrat qəbulunu azaltmaq və şəkərli içkilərdən uzaq durmağı tövsiyə olunur.
Foodinfo.az bildirir ki, piylənmə hüceyrələrin insulinə həssaslığını azaldır. Bədən insulin istehsalını artırmaqla cavab verir. Məlum olub ki, insulinə ehtiyac azalır, lakin onun səviyyəsi yüksəlir. 
Həddindən artıq insulin olduqda, qanda qida maddələrinin səviyyəsi azalır və insanda güclü aclıq hissi yaranır. Bu anlarda insan tam olaraq nə yediyini və bunun nə qədər zərərli olduğunu dərk etmir.
İnsulin həssaslığını artırmağın yeganə yolu fiziki fəaliyyətdir.  Eyni zamanda qidalanmada karbohidratların miqdarını azaltmaq vacibdir.  
Nurlan