Yayda səhər yeməyində ən çox sevilən qidalardan biri olan mürəbbənin ən faydalısı itburnudur. Çünki onun tərkibində portağaldan 10 dəfə çox D vitamini var. C vitamini ilə də zəngindir.
Foodinfo.az xəbər verir ki, təbiətdəki ən güclü D vitamini mənbəyi Günəşdən sonra portağal hesab olunurdu. Lakin mütəxəssislər itburnunun tərkibindəki D vitamininin portağaldan daha güclü olduğunu təsdiqləyiblər. Mütəxəssislər itburnunun faydasından yararlanmaq üçün mürəbbə formasını tövsiyə edib. İtburnu çay şəklində daha çox C vitamini ehtiva edir.
İtburnu immuniteti gücləndirən və orqanizmi xəstəliklərdən qoruyan qidadır. Hər dəfə itburnudan hazırlanmış bir qaşıq mürəbbə yemək sizi gün boyu enerjili saxlayar.
Bəs itburnu mürəbbəsi necə hazırlanır?
Lazım olanlar:
1 kilo itburnu
6 stəkan su
4 stəkan şəkər
Hazırlanma qaydası:
İtburnunu sirkə içində 10 dəqiqə isladın.
İtburnunu sirkə ilə yaxşıca yuyun.
Saplarını kəsin.
Sonra qazana bir kilo itburnu və 6 stəkan su tökün.
30 dəqiqə qaynadıqdan sonra orta odda qaynamasını gözləyin.
İtburnunun qabıqları yumşaldıqdan sonra şəkəri əlavə edib qarışdırmağa davam edin.
İtburnu şəkərlə daha çox yumşaldıqdan sonra ocaqdan götürün.
Boş bir qazanın üzərinə süzgəc qoyun.
İtburnunu boşaldın və pulpanı əllərinizi yandırmadan süzgəcdən sıxın. Qabıqları və toxumları yığın.
Sonra qalan pulpanı yenidən suya qoyun və yenidən 15 dəqiqə qaynadın.
Sonra istədiyiniz şüşə qablara doldurun.