Son bir neçə onillikdə sağlam qidalanma kontekstində bəzi qidalar zırırli hesab edilib. Əslində, onların nə sağlamlığa, nə də artıq çəkiyə təsiri yoxdur. Bu qidalar arasında dondurma, kartof və yağ da var. Məsələn, təbii maddələrdən hazırlanan keyfiyyətli dondurma həzm sistemini rahatlaşdıra və gün ərzində yığılan gərginliyi aradan qaldıra bilər.

Eyni zamanda kartof vitamin və minerallarla dolu bir qidadır. Düzgün bişmiş kartofda kalium, maqnezium, fosfor və C vitamini var. Həm də bu məhsulun ümumiyyətlə kalorisi azdır.

Kərə yağı yeməkləri zənginləşdirir və orqanizmi lazımi qidalarla təmin edir. Onun miqdarına nəzarət etdikdən sonra istifadəsində heç bir problem yoxdur.

Nərmin