Qaraciyərin sağlamlığına təkcə alkoqol deyil, həm də bəzi qidalar zərər verə bilər.
Foodinfo.az xəbər verir ki, diyetoloq Anna Belousova salonun qaraciyər üçün ən təhlükəli qida olduğunu deyib.
Onun sözlərinə görə, yağın həddindən artıq istehlakı orqanizmin fəaliyyətini pozur.
Salo heyvan mənşəli bərk piydir. Xüsusən donuz piyindən hazırlanan bu qidanın kimyəvi tərkibi yüksək miqdarda doymuş yağ turşrları, əsasən triqliseridlərdən ibarətdir.
Mütəxəssisin sözlərinə görə, məhsulun tərkibindəki bu zərərli yağlarn sovurulmasına qaraciyər cavabdehdir. Orqanizm maksimum dərəcədə işləməli olur ki, bu da son nəticədə qeyri-infeksion hepatitə səbəb olur.
Salodan gündəlik istifadə qaraciyərin zədələnməsi ilə nəticələnə, hətta xəstəxanayadək gətirib çıxara bilər.
Nurlan