Qarpızda çox miqdarda su olması onu arıqlamağa kömək edən bir meyvə halına gətirir. Ancaq kalorisi az olan qarpızın gün ərzində tək qida olaraq istehlak edilməsi tövsiyə edilmir. Sağlamlığınız üçün çox zərərli olan bu qidalanma tərzi arıqlamaq üçün seçim etməməli olduğunuz bir arıqlama formasıdır. Gündəlik nizamlı qidalanmanıza əlavə olaraq istehlak edəcəyiniz qarpız arıqlamağınıza kömək edəcək.

Foodinfo.az xəbər verir ki, müəyyən aralıqlarla qəlyanaltı və ya əsas yeməklərinizə əlavə edə biləcəyiniz qarpız maddələr mübadiləsini sürətləndirir və bədəninizin yağ yandırma sürətini artırır.

Sağlamlığınıza uyğun təşkil edəcəyiniz qida rasionunuzda qarpız yemək bədəninizin hərarətini alacaq və özünüzü çox daha fit hiss edəcəksiniz.

Vitamin və minerallar baxımından çox yüksək dəyərə malik qarpız gün ərzində özünüzü çox yaxşı hiss etdirərək pəhrizinizdən həzz almanıza kömək edəcək.

Qarpızın yüksək şəkər tərkibi gündəlik tövsiyə olunan miqdar aşıldığında pəhrizinizdən istədiyiniz performansı əldə etməyi çətinləşdirir. Bunun üçün müəyyən aralıqlarla və az miqdarda istehlak edəcəyiniz qarpız həm pəhrizinizə, həm də sizə faydalı olacaq.

Təzyiq və şəkər xəstələrinə tövsiyə edilməyən qarpız pəhrizi bir həftədən çox tətbiq edilməməlidir.