Gündəlik rasiona qarpız əlavə etmək ürək-damar sisteminə faydalıdır.
Foodinfo.az Ferra.ru-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nın "Milli Sağlamlıq və Qidalanma Tədqiqatı" (NHANES) tərəfindən yayılan məlumatda bildirilir.
Qeyd olunur ki, qarpızdan müntəzəm istifadə edən insanlar daha çox qida lifi, maqnezium, kalium, A və C vitaminləri, likopen və digər karotenoidlər qəbul edirlər. Həmçinin, onnlar şəkər və doymuş yağ turşuları əlavə edilmiş qidalardan daha az istifadə edirlər.
Bundan başqa, əlavələr, o cümlədən qarpız şirəsindən hazırlanan alkoqolsuz kokteyllər hiperqlisemiya zamanı ürək-damar sisteminin qorunmasını gücləndirir. Qarpız, həmçinin, oksidləşdirici stressi azalda bilən və ürək xəstəliklərinin qarşısını almağa kömək edən antioksidant mənbəyidir.
Leyla