Qəbizlik dünya miqyasında bir çox insan üçün problemə çevrilib.

Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb.

Türkiyəli ekspertlər qeyd edirlər ki, bu problemin qarşısını almaqda kətan toxumu böyük rol oynayır.

Üyüdülmüş kətan toxumunu qatıqla qarışdıraraq faydasını görmək mümkündür. Bundan əlavə gün ərzində 1-2 qaşıq kətan toxumu istifadə etmək tövsiyə olunur. Ancaq burada miqdara da fikir vermək lazımdır. Çünki artıq istifadə ishala səbəb ola bilər.