Kofein kimi bir maddə yağları daha sürətli yandırmağa imkan verir, maddələr mübadiləsini sürətləndirir. bu isə insanın arıqlamasına səbəb ola bilər.

Foodinfo.az xəbər verir ki, bu barədə endokrinoloq, diyetoloqu Anna Krivoşeyeva Life-a müsahibəsində danışıb.

Onun sözlərinə görə, tədqiqatlar göstərir ki, kofein sakitlik zamanı əsas metabolizmin sürətini 3-11% artıra bilər, daha böyük dozalar isə daha böyük təsir göstərir. Maraqlıdır ki, metabolizm sürətinin yüksəlməsi əsasən yağ yanmasının artması ilə əlaqədardır. Təəssüf ki, bu təsir piylənmədən əziyyət çəkənlərdə daha azdır. Araşdırmalar göstərir ki, kofeinin arıq insanlarda yağ yanmasını 29%, artıq çəkili insanlarda isə yalnız 10% artırır.

Lakin bu təsir yaşla da azalır. Buna görə də bəzən qəhvə içmək yaşlı insanlar üçün təsirli arıqlama strategiyası olmaya bilər.

Qəhvə uzun müddətdə daha çox kalori sərf etməyinizə səbəb olmasa belə, yenə də kofein iştahınızı kəsə və daha az yeməyinizə kömək edə bilər. Bir araşdırma zamanı kofein kişilərdə iştahı azaldıb və onların daha az yeməsinə səəb olub. 

Kofein qısa müddətdə maddələr mübadiləsini sürətləndirə bilsə də, uzun müddət qəhvə içənlərdə bu təsir azalır.

Eyni zamanda, qəhvə yuxuya mənfi təsir göstərə bilər, bu da çəkinin artmasına səbəb olur. Artıq kilolar, həmçinin, içkidəki şəkərin çoxluğundan da yarana bilər.

Qəhvəni daha az şəkərdən istifadə etməklə dadlandırmağın bir neçə yolu var: bir az darçın səpin; şəkərsiz badam südü, kokos südü, az miqdarda steviya kimi təbii kalorisiz dadandırıcıdan istifadə edin; bir neçə damcı vanil ekstraktı əlavə edin; bir balaca tünd şokoladı əridib qatın.

Leyla