Qırmızı rəngli tərəvəzlər, xüsusən qırmızı bolqar bibəri və acı çili xolesterol səviyyəsini normallaşdıra bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə yaponiyalı diyetoloq Masahiro İvasaki "Yahoo"dakı bloqunda bu tərəvəzlərin tərkibində çoxlu güclü antioksidant birləşmələrin olduğunu yazıb.
Onlardan biri qırmızı bibər və çili bibərinə rəng verən kapsantindir (paprika ekstraktı).
Kapsantin güclü antioksidantdır, məhz o, "yaxşı" xolesterinin səviyyəsini artırır və "pis" xolestirini məhv edir. Yaşıl bolqar bibərində bu xüsusiyyət yoxdur, çünki kifayət qədər yetişmiş olmurlar. Tərəvəzlər yeddi həftədən sonra, kapsantin və C vitamininin artması nəticəsində tünd qırmızı rəng alırlar.
Fərid