Son dövrlər orqanizmdə yaranmış bir çox fəsadla mübarizə üçün müxtəlif qarışıqların əlavə olunduğu çaylar istifadə olunur. 
Foodinfo.az “Sabah” qəzetinə istinadən xəbər verir ki,  bunlardan biri də qış çayı adlanır. 
Sözügedən məhsulun tərkibi hər zaman eyni olmur. Lakin ümumilikdə qış çayı orqanizmə olduqca faydalı hesab olunur. Sözügedən çayın içinə çox vaxt zəncəfil, adaçayı, darçın, nanə, quşburnu, sarıkök kimi bitkilər, həmçinin portağal, limon, heyva və alma kimi meyvələr əlavə olunur. 


Sözügedən çayın faydası orqanizmin toksinlərdən təmizlənməsinə yardım etməsi və təzyiqlə bağlı problemləri tənzimləməsidir. Həmçinin soyuq havalarda immun sistemini gücləndirmək üçün əvəzsiz vasitə sayılır. Həmçinin bir çox hallarda bu çay təbii ağrıkəsici də adlandırılır.

Nurlan