İnsan gündə azı 30 qram bitki lifi istehlak etməlidir. 12 tərəvəz gözəlliyi və gəncliyi qorumağa kömək edəcək.
Foodinfo.az xəbər verir ki, bu barədə həkim-diyetoloq Yekaterina İvannikova danışıb.
Onun sözlərinə görə, yarpaq kələm (kale) zülal və amin turşuları,antioksidantlar, A, C və K vitaminləri ilə zəngindir. Bu az kalorili qida, həmçinin, ürək üçün faydalıdır və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Onu salatda digər tərəvəzlərlə birləşdirib yemək daha yaxşıdır.
Yerkökü orqanizmdə retinola - gənclik və gözəllik vitamininə çevrilən beta-karotinlə zəngindir. Kökün tərkibində çoxlu miqdarda antioksidanlar var ki, bu da onu yaşlanma prosesini ləngidən məhsula çevirir. Yerkökü yemək ürək xəstəliyi və bəzi xərçəng növləri riskini azaltmağa, sümükləri gücləndirməyə, görmə qabiliyyətini, dəri və saç sağlamlığını yaxşılaşdırmağa kömək edə bilər. Onu çiy istifadə etmək daha yaxşıdır.
Brüssel kələmi də faydalıdır, tərkibində yaşlanma əleyhinə xüsusi antioksidant kempferol var. O, qan damarlarının divarlarını gücləndirir, hüceyrələri oksidləşdirici zədələrdən qoruyur, bədəndən toksinlərin çıxarılmasına kömək edir və iltihab əleyhinə aktiv təsir göstərir.
Ağ kələmin tərkibinə kalium, maqnezium, fosfor, kalsium, dəmir, A, B1, B2, B6, C, E, PP, U vitaminləri daxildir. Vitamin C toxumaların bərpasında və kollagenin formalaşmasında iştirak edir. K vitamini maddələr mübadiləsində mühüm rol oynayır. Kələm ürəyin və mədə-bağırsaq traktının fəaliyyətinə faydalı təsir göstərir, immunitet sistemini gücləndirir və iltihabla mübarizə aparır. Onu duzlu halda yemək olar. Kələmin istifadəsi həzm problemlərinə, xüsusən də meteorizmə kömək edəcək.
Diyetoloqun tövsiyə etdiyi digər faydalı tərəvəz lif və antioksidantlarla zəngin, qidalandırıcı və aşağı kalorili olan ispanaqdır. Ürək və göz üçün çox faydalıdır, təzyiqi aşağı salır, idrak funksiyalarını yaxşılaşdırır, bəzi xroniki xəstəliklərdən və xərçəngdən qoruyur.
Tərkibində antioksidant və iltihab əleyhinə təsirli sulforafan olan brokkoli həzmi yaxşılaşdırır, ürək və əzələlər üçün faydalıdır və xərçəngin qarşısını alır. Bir çox araşdırmalar onun yaşlanmanı yavaşlatdırdığını sübut edib.
Yaşıl noxudda zülal çoxdur, həmçinin tərkibində iltihabla mübarizə aparmağa və oksidləşdirici stressdən qorumağa kömək edən güclü fitokimyəvi antioksidantlar, B, A, C, K, E, H vitaminləri, biotin, niasin var. Noxud dondurulmuş halda da istehlak edilə bilər, lakin konservləşdirilmişlərdən imtina etmək daha yaxşıdır, çünki tərkibində çoxlu duz olur.
Diyetoloq, həmçinin, lif, zülal, vitamin və mineral mənbəyi olan yaşıl lobya yeməyi tövsiyə edib. Məhsul çəkiyə nəzarət etməyə kömək edən toxluq hissi verir, həmçinin ürək sağlamlığını qoruyur, qan təzyiqini aşağı salır və iltihabı azaldır.
Həkim qulançar, kərəviz, gül kələm və çuğunduru da sağlamlıq və gözəllik üçün faydalı tərəvəzlərə aid edib.
Natəvan