Əncirdə olan kalium, antioksidant, A, E, K vitaminləri ilə zəngin olduğu üçün sağlamlığa çox faydalıdır.

Foodinfo.az Türkiyə saytlarına istinadən xəbər verir ki, təzə əncir quru əncirə nisbətən daha zəngindir. Amma təzə əncirin faydaları qədər quru əncirin də faydalarını saymaqla bitmir.

1. Gün ərzində nə qədər quru əncir yeməli?

Gündə ortalama 2 ədəd quru əncir yemək kifayət edir. Tərkibindəki şəkər miqdarının çoxluğu səbəbindən qandakı şəkəri anidən qaldıra bilər. Diyabet xəstələrinə quru əncirdən uzaq durmaları məsləhət görülür.

2. Quru əncir təzyiqə yaxşı təsir edirmi?

Bütün quru meyvələrdə olduğu kimi quru əncirdə də su miqdarı azalır. Quru əncirin tərkibindəki kalium sayəsində qan təzyiqini nizamlayaraq təzyiqin nəzarət altında tutulmasına kömək edir.

3. Quru əncir bağırsaqlara necə təsir edir?

Əncir yüksək dərəcədə lif ehtiva edir. Bunun sayəsində bağırsaqdakı artıqların sürətli keçimini tənzimləyir. Əncir qəbizliyə çox faydalıdır.

4. Quru ənciri necə saxlamalı?

Sərin və quru yerdə saxlamaq lazımdır. Soyuducuda saxlarkən bir il ərzində istehlak edilməsi məsləhət görülür.