Qaysı - stress və qansızlığı aradan qaldırır.
Tərkibindəki A vitamini dəridəki problemlərə yaxşı təsir göstərir. Gündə 5 ədəd qaysı yemək ürək damarları və sinir sistemi üçün faydalıdır.
Foodinfo.az xəbər verir ki, digər quru meyvələrin də bir sıra faydaları var.
Onlardan bir neçəsini təqdim edirik:
Kişmiş - enerji mənbəyidir. Bəlğəmgətirici özəlliyi var. Gündə 10 dənə kişmiş yesəniz, təzyiqi aşağı salar. İltihablara qarşı da dərman vasitəsi kimi istifadə olunur.
Alma qurusu - qatıqla yeyildiyində zəhərli ishalın qarşısını alır. İnsanı tox saxlayır. Əgər gözlərinizin yorulduğu işdə çalışırsınıza, hər gün bir ovuc alma qurusu yeyin.
Xurma - antioksidant təsirə malikdir. İnsan orqanizmini gücləndirir, xərçəngdən müdafiə edir. Dərinin gözəlləşdirilməsi üçün xurma yemək çox faydalıdır. B1, B2 vitaminləri ilə sinir sistemini qoruyur. Xurma bəzən “sevgi yaradan” meyvə kimi də təqdim olunur.
Quru tut - qan artıran vasitədir. Hərarətin azaldılmasında da tutdan istifadə olunur. Vitaminlə zəngin olan quru tutu gündə bir ovuc yeməklə özünüzü daha gümrah hiss edə bilərsiniz. Bundan başqa, ağızdan gələn iyi də quru tut yeməklə aradan qaldırmaq olar.
Alça qurusu - B1, B2, B3, B6, A, C və E vitamini ilə zəngindir. Xərçəng xəstəliyinə qarşı faydalıdır. Həmçinin yaşlanmaya qarşı da istifadə olunur. Yüksək təzyiq, qaraciyər, ürək-damar və böyrək xəstəlikləri, revmatizmə qarşı faydalıdır.
Əncir qurusu - tərkibində yağ, xolestrol olmadığına görə arıqlamaq istəyənlər üçün yaxşı vasitədir. Boğaz ağrılarında faydalıdır.