Tərkibində bol C vitamini və dəmir olan tut qurusunu yay və qış aylarında istehlak edə bilərsiniz. Böyük bir antioksidan mənbəyi olan tut qurusunu qatıqla qarışdırıb da yeyə bilərsiniz. 

 Foodinfo.az xəbər verir ki, tutun təkcə meyvəsi deyil, gövdə və yarpaqları da antioksidantlarla zəngindir. Antioksidantlar mikrobların sərbəst şəkildə dolaşmasına mane olur. Bundan əlavə, tut meyvəsində antioksidant olan Resveratrol var və bu antioksidan uzun illər ömrü və qocalmanı gecikdirir. İmmunitet sistemini gücləndirir. 

Qurudulmuş tut Çin təbabətində xərçəngə qarşı sağlam qida kimi də istifadə edilmişdir. Sağlam həyat üçün hər gün bir ovuc qurudulmuş tut istehlak etməlisiniz.

Tərkibindəki DNJ maddəsi qan şəkərini qoruyur. Ayrıca diabet xəstələri porsiyonuna diqqət edərək istehlak etməlidirlər.

Qurudulmuş tut lifli quruluşu sayəsində bağırsaqların nizamlı işləməsinə kömək edir. O, həmçinin ürək sağlamlığını tənzimləyir və xolesterolu tarazlıqda saxlayır.

Şirni istəklərinizi yağsız qatıq və tut qurusunun köməyi ilə qarşılaya bilərsiniz. İstədiyiniz zaman səhər yeməyi və ya nahar edərkən desert olaraq istifadə etmək olar.