“Grow Food” xidmətinin dietoloqu Yelena Sviridova Life.ru saytına müsahibəsində bədəni incə və gözəl saxlamaq üçün iş yerində yulaflı peçenye, giləmeyvələrlə qəlyanaltı etməyi tövsiyə edib.

O, yayda ofisə mövsümi meyvə və giləmeyvə götürməyi məsləhət görür. Bildirir ki, onlar aclığı aradan qaldıracaq və orqanizmi zəruri vitaminlərlə qidalandıracaq.

Sviridova həmçinin bildirib ki, yulaf peçenyeləri tərkibindəki A, B və E vitaminləri sayəsində maddələr mübadiləsini yaxşılaşdırmağa kömək edə bilər ki, bu da dərinin daha təravətli görünməsinə səbəb olacaq.

Fərid