Ruhun sağlamlığı bədəndən, bədənin sağlamlığı sağlam qidalardan asılıdır. Sağlam qidalanmanın əsasını isə kafi və balanslı qidalanma təşkil edir.
Foodinfo.az sağlam boşqabınıza hansı qidaları qoymaq lazım olduğunu qeyd edir:
1. Boşqabınızın hər zaman yarısı meyvə və tərəvəzlə dolu olmasına çalışın.
Müxtəlif və rəngli meyvə və tərəvəzləri seçməyə çalışın və unutmayın ki, kartof bu qrupa daxil deyil, çünki onların istehlakı qan şəkərini artırır.
2. Boşqabınızın dörddə birini tam taxıllarla doldurun.
Tam taxılların mənası ondan ibarətdir ki, yeməyinizdə kəpək və rüşeym artıq ayrılmış deyil, tam taxıl olmalıdır.
Boşqabınızın bu hissəsini doldurmaq üçün tam buğda, tam arpa və qəhvəyi düyü və ya tam buğda unu ilə makarondan istifadə edə bilərsiniz.
Bu növ dənli bitkilərin istehlakı düyü və ağ çörəklə müqayisədə qan şəkərinə və insulinə daha az təsir göstərir.
3. Qabı başqa dörddə birini isə protein qaynaqları ilə doldurun.
Balıq, toyuq, lobya və qoz-fındıq sağlam protein mənbəyidir.
Bunları salat və tərəvəz ilə qarışdıra bilərsiniz.
4. Bitki yağı ölçülü şəkildə istehlak edin.
Zeytun yağı, kanola yağı, soya yağı, qarğıdalı yağı, günəbaxan yağı və s. kimi bitki yağlarından istifadə edin, tərkibində trans yağlar olan bərk və hidrogenləşdirilmiş yağlardan uzaq durun.
5. Su, çay və ya qəhvə içmək.
Şəkərli içkilərdən çəkinin. Süd və süd məhsullarının istehlakını gündə bir və ya iki porsiya ilə məhdudlaşdırın və gündə kiçik bir stəkandan çox meyvə suyu içməyin.
Şəbnəm