İyulun 11-də Ümumdünya Şokolad Günü qeyd olunur. Bəs həm uşaq, həm böyüklərin sevdiyi şokolad faydalıdır, yoxsa zərərli?
 
Foodinfo.az xəbər verir ki, diyetoloq Oksana Kovılkina bu ləzzətdən sağlamlığa zərər vermədən zövq almağın yollarından danışıb. 

O, 100 qram şokoladda, tünd və ya südlü olmasından asılı olmayaraq, təxminən 520-590 kilokalori olduğunu bildirib. Artıq çəki almamaq üçün ekspert cəmi 30-50 qram şokoladla kifyətlənməyi tövsiyə edib.

Kovılkina xatırladıb ki, bir məhsulu digəri ilə əvəz etmədən, balanslaşdırılmış və müxtəlif növ qidalardan ibarət rasiona malik olmaq vacibdir. Şokoladı öz zövqünüzə görə seçin, lakin tərkibində orqanizm üçün zərərli olan trans yağlar deyil, kakao yağı olan şokoladın keyfiyyəti daha yüksəkdir.

Diyetoloq onu da qeyd edib ki, 100 qram qara şokoladın tərkibində təxminən 40 mq kofein var. Kofeinə qarşı həssas olanlar və ya qəbulunu məhdudlaşdırmağa çalışanlar bu faktı nəzərə almalıdırlar.

Nərmin